Xəbər lenti

"Artsax"da başqa problemləri həll edən, gözəgörünməz oyunçular var.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu deputat Andranik Köçəryan deyib.

O bildirib ki, səkkiz nəfər "Artsax"ın seçilmiş prezidentinə bir növ məcburiyyət irəli sürüb:

"Onlardan biri Ruben Vardanyandır. Ruben Vardanyan kimi təmsil edir? Onun fəaliyyəti anlaşılmazdır. Bəs qalan yeddi nəfər kimdir? Onu istefaya məcbur edən keçmiş və ya indiki məmurlar kimdir? Mən bunu bilirəm. Bu məlumat ictimaiyyətə açıqlanmalıdır. Qeyri-sabitliyin Ermənistana keçməsini istəyən bu adamlar, troya atları kimlərdir?”, - deyə, Köçəryan qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 3 298          Tarix: 29-08-2023, 20:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma