Xəbər lenti

Tehran hökuməti Ermənistan vasitəsilə Suriya və Livan Hizbullahına hərbi texnika göndərir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin “Alma” araşdırmalar mərkəzi son hesabatında qeyd edib.

Bildirilir ki, İran İsrailin müttəfiqi olan Azərbaycana qarşı təxribat törətmək üçün Ermənistandan istifadə etməklə yanaşı, həm də bu ölkədən Suriya və Livana hərbi texnikanın çatdırılmasını asanlaşdırmaq məqsədilə mühüm tranzit məntəqə kimi bəhrələnir.

Hesabata görə, İranın Suriyadakı keçmiş səfiri, mart ayında vəzifəsindən istefa verən Mehdi Sübhaninin İranın Ermənistandakı yeni səfiri təyin olunması təsadüfi deyil.

“Sübhani Xarici İşlər Nazirliyi tərəfindən təyin olunan diplomat deyil, o, İranın Hizbullah və Suriya Prezidenti Bəşər Əsəd rejimi ilə fəaliyyətinin koordinasiyasına cavabdeh olan SEPAH-ın yüksək rütbəli zabitidir”, - hesabatda qeyd edilib.

Tədqiqat mərkəzi, həmçinin, bildirib ki, Sübhaninin İranın İrəvandakı səfiri vəzifəsinə təyin edilməsi SEPAH-ın Ermənistana yüksək hörmətini göstərir.




Ana səhifəyə qayıt        Baxış: 2 961          Tarix: 14-09-2023, 18:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma