“Azərbaycan Qarabağda silahı yerə qoyan erməni döyüşçülərə amnistiya tətbiq etməyi nəzərdə tutur”.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə açıqlamasında deyib.
“Hətta keçmiş hərbçi və yaraqlılar barəsində də, əgər onları belə adlandırmaq mümkündürsə, amnistiya tətbiq edilməsi və yaxud bu məsələnin gözdən keçirilməsi nəzərdə tutulur”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Qarabağda bəzi erməni birləşmələri və zabitləri Bakının şərtlərini qəbul etməyəcəklərini və müqavimət göstərməyə davam edəcəklərini bəyan ediblər.
Prezidentin köməkçisi Azərbaycanın Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasını arzu etdiyini vurğulayıb. O, həmçinin xatırladıb ki, Azərbaycan bu gün Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.
Paylaş: