Xəbər lenti

Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Qarabağdakı separatçı rejimin "dövlət naziri" olmuş Ruben Vardanyan ailəsi ilə əlaqə saxlayıb.

Gundem.az xəbər verir ki, məsələ ilə bağlı news.am-ın müxbiri Ruben Vardanyanın oğlu ilə danışıb.

- Ruben Vardanyan haqqında məlumatınız varmı? Onunla əlaqə saxlaya bildinizmi?

- Bəli, dünən və ötən çərşənbə axşamı anama zəng etdi, mən yox idim. Anladığım qədər, zəng çox qısa olub. O, yaxşı formada olduğunu bildirib. Digər təfərrüatları müzakirə etməyiblər. Darıxdığını söylədi. Biz də onun üçün darıxırıq.

- Nəsə köçürməyi xahiş etməyib?

- Bildiyimə görə, yox. Sadəcə xahiş edib ki, hazırda bütün bu vəziyyətdən təsirlənən hər kəsə qayğı göstərək.

- Ailənin öz vəkilinin olması ilə bağlı xəbərlər var idi. O kimdir və siz bu vəkili necə işə cəlb edə bildiniz?

- Bəli doğrudur. İcma təşkilatlarından, eləcə də tanışlarımızla təmaslar vasitəsilə atamı təmsil etmək üçün tutduğumuz yerli vəkillə əlaqə saxlaya bildik. Bu hüquqşünas hazırda Azərbaycanda bizim maraqlarımızı təmsil edir.




Ana səhifəyə qayıt        Baxış: 3 368          Tarix: 12-10-2023, 21:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma