Xəbər lenti
27-11-2024, 19:25

İsveç hökuməti Türkiyənin Stokholmun NATO-ya üzv olmaq istəyini ratifikasiyasının tezliklə başlamasını və krallığın bir neçə həftə ərzində alyansa qoşulmasını gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə “Expressen” qəzeti Nazirlər Kabinetindəki mənbəyə istinadən yazır.

Noyabrın sonunda NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç bayrağının qaldırılacağını əlavə edən mənbə deyib: "Türkiyənin İsveçin müraciətini ratifikasiyasının tezliklə başlayacağını və bir neçə həftə ərzində hazır olacağını gözləyiriki. Başqa cür inanmağa heç bir əsasımız yoxdur”.

Hökumət ofisinin məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq oktyabrın 24-də baş nazir Ulf Kristersson, həmçinin xarici işlər naziri Tobias Billström və müdafiə naziri Pol Consonla danışıqlar aparmaq üçün Stokholma gələcək.

Türkiyə dövlətinin rəhbərləri hələ yayda İsveçə qarşı irəli sürdükləri bir neçə şərtin yerinə yetiriləcəyi təqdirdə parlamentin payız sessisiyasında bu məsələyə baxılacağını vəd ediblər.




Ana səhifəyə qayıt        Baxış: 3 004          Tarix: 21-10-2023, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma