Xəbər lenti
27-11-2024, 19:25

“HƏMAS-ın oktyabrın 7-də qanlı işğalına səbəb olan uğursuzluqlara görə hər kəs, o cümlədən mən də cavab verməli olacağıq”.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu canlı yayımda çıxışı zamanı deyib.

O bildirib ki, dağıdıcı hücumu qabaqcadan görməyən hər kəs ən azından bunun məsuliyyətini öz üzərinə götürəcək.

Lakin onun sözlərinə görə, əvvəlcə İsrail “var olmaq uğrunda mübarizə” adlandırdığı qələbəni qazanmalıdır. Netanhayu vəd edib ki, HƏMAS-ı məhv etmək və girovları geri qaytarmaq uğrunda tezliklə Qəzza zolağına qurudan hücum həyata keçiriləcək.

“7 oktyabr tariximizə qara gün kimi düşdü. Biz cənub sərhədində və Qəzza zolağının ətrafındakı ərazidə baş verənləri dərinliyinə qədər araşdıracağıq”, - deyə Benyamin Netanyahu qeyd edib.

“Baş verən fəlakət tam şəkildə araşdırılacaq. Mən də daxil olmaqla, hər kəs fəlakətlə bağlı cavab verməli olacaq, lakin bütün bunlar yalnız müharibədən sonra baş verəcək”, - deyə o əlavə edib.

Netanyahu baş nazir kimi ölkənin gələcəyinə cavabdeh olduğunu nəzərə çatdırıb. “Və hazırda mənim işim İsrail dövlətini və xalqını düşmənlərimiz üzərində sarsıdıcı qələbəyə aparmaqdır. İndi vahid məqsəd üçün qüvvələri birləşdirməyin vaxtıdır: qələbəyə doğru irəliləmək... işimizin ədalətliliyinə dərin inamla”, - deyə İsrailin baş naziri vurğulayıb.

Qeyd edək ki, İsrailin bir sıra yüksəkrütbəli rəsmiləri son həftələrdə minlərlə HƏMAS terrorçusunun Qəzza sərhədini keçməsinə, 1400 nəfərin (əksəriyyəti mülki vətəndaş) ölümünə və ən azı 224 nəfərin əsir düşməsinə səbəb olan kütləvi uğursuzluqlara görə məsuliyyəti öz üzərilərinə götürdüklərini bəyan etsələr də, Netanyahu bu istiqamətdə hər hansı açıqlama verməmişdi.

Baş nazir, həmçinin müharibə başlayandan bəri jurnalistlərin suallarını da cavablandırmamış, yerli və xarici mediaya müsahibə verməmişdi.

Mənbə: “Times of İsrael”




Ana səhifəyə qayıt        Baxış: 3 859          Tarix: 26-10-2023, 11:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma