Xəbər lenti
27-11-2024, 19:25

İranın ali dini lideri Əli Xamenei Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.

Verilən məlumata görə, görüş zamanı Xamenei və Haniyə Qəzza zolağı və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə ediblər.

Qeyd olunur ki, İslam Respublikasının lideri müsəlman ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qətiyyətli addımların atılmasının, Qəzza xalqına hərtərəfli və əməli dəstəyin göstərilməsinin vacibliyini vurğulayıb.

İsrail hakimiyyəti dəfələrlə İranın HƏMAS-ın yəhudi dövləti ərazisinə hücumunda əli olduğunu bildirib. Bundan əlavə, “The Wall Street Journal” İranın HƏMAS rəhbərliyinə İsrailə hücumu planlaşdırmağa kömək etdiyini iddia edib. İran tərəfi bu cür iddiaları rədd edir.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 980          Tarix: 5-11-2023, 20:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma