Xəbər lenti
27-11-2024, 19:25

“Azərbaycanda olduğu kimi, Gürcüstanda da Zəfər Günü tədbirləri qeyd edilir. Gürcü xalqı Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirir”.

Bu sözləri “Report”un yerli bürosuna müsahibəsində gürcü politoloq Vaso Kopanadze bildirib.

“BMT-nin illər ərzində yalnız kağız üzərində olan dörd qətnaməsini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və xalqı yerinə yetirdilər. Cəmi 44 gün ərzində Azərbaycan öz ərazilərini erməni işğalından qurtarmaqla suveren və konstitusion hüquqlarını bərpa edə bildi”, - gürcü politoloq qeyd edib.

Politoloq Zəfər Günü ilə bağlı Azərbaycan xalqına öz təbriklərini çatdırıb.

Gürcüstanın “Art Gallery” televiziya şirkətinin qurucusu Tengiz Txilava da Zəfər Günü ilə bağlı səmimi təbriklərini çatdırıb:

“44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bildi. Postsovet ölkələri arasında Azərbaycan bununla bağlı ilkə imza atıb”.




Ana səhifəyə qayıt        Baxış: 3 162          Tarix: 8-11-2023, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma