Xəbər lenti
Dünən, 19:25

Hər bir ölkə öz suverenliyi və yurisdiksiyası çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində imkanları inkişaf etdirmək üçün digər dövlətlərlə əməkdaşlıq edə bilər.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistan XİN-in Fransadan “Bastion” zirehli texnikası alması ilə bağlı açıqlamasında əks olunub.

Qeyd edək ki, noyabrda Azərbaycan XİN Fransanın zirehli transportyorlarının Ermənistana göndərilməsini pisləyib və bunu Parisin regionu hərbiləşdirməsi adlandırıb. Ötən gün isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistana zirehli texnika və sistemlər göndərilməsini təxribat adlandırıb.

Xatırladaq ki, Fransa Ermənistana ümumilikdə 50 ədəd “Bastion” göndərəcək. Onlardan artıq 24-nün artıq tədarük edildiyi bildirilir.

Ermənistanın Fransadan GM-200 sistemi, “Mistral” və s. alması üçün sazişlər imzalanıb.




Ana səhifəyə qayıt        Baxış: 3 276          Tarix: 9-12-2023, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma