Xəbər lenti

Əgər söhbət Ermənistan Konstitusiyasının Qarabağa aid olan hissəsindən gedirsə, onda gəlin açıq danışaq. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edəndə niyə yüz minlərlə Ermənistan vətəndaşı küçələrə axışaraq Baş nazirin istefasını və hökumətin dəyişdirilməsini tələb etmədi? Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyırıq və Qarabağ orada yerləşir.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib.

“Belə olan halda həmin qonşu dövlət və ya hansısa üçüncü tərəf soruşmur ki, niyə Konstitusiyanızda Qarabağla bağlı bənd var? Daha çoxunu deyim, Konstitusiyamızda Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı bənd var. Bu bəndi niyə saxlayırsınız? Bu, ziddiyyətdir və Bakının hərbi eskalasiyanı qanuniləşdirməsi üçün yaşıl işıqdır. Bir daha deyirəm ki, Ermənistan hakimiyyəti ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi mənə izah edin, belə olan halda, necə olur ki, Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı bənd var? Razı deyiliksə, o zaman ayağa qalxıb Baş naziri dəyişək. Bu isə olmur. Yəni Ermənistan vətəndaşı hakimiyyətin bu hərəkətlərini normal qəbul edir”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 2 902          Tarix: 2-02-2024, 15:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma