Xəbər lenti

Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev özünün Telegram kanalında Qərbin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsinə həsr olunmuş mesaj dərc edib.

Musavat.com xəbər verir ki, eks-prezident bir gün əvvəl Rusiyaya qarşı Aİ-nin təqdim etdiyi 13-cü sanksiya paketi ilə eyni zamanda ABŞ-ın yeni irimiqyaslı sanksiyalar elan etməsi barədə fikirlərini yazaraq bildirib ki, bu qadağalar artıq hakimiyyətə və ya biznesə qarşı yönəlməyib, onlar Rusiyanın bütün əhalisinə qarşıdır.

“Rusiya vətəndaşları üçün nə qədər pisdirsə, Qərb dünyası üçün bir o qədər yaxşıdır”, - Medvedyev qeyd edib.

"Biz hamımız bunu yadda saxlamalıyıq və mümkün olan yerdə onlardan qisas almalıyıq. Onlar bizim düşmənlərimizdir", - eks-prezident həmvətənlərinə çağırış edib.

O, əlavə edib ki, Rusiya Qərb üçün hər cür iqtisadi çətinliklər yaratmalı, Qərb ölkələrində ictimai narazılıq oyatmalı, həmçinin Qərb dünyasının maraqlarını pozacaq beynəlxalq həll yollarını təşviq etməlidir.

Bundan əlavə, RF TŞ-nin sədr müavini Qərb ölkələrində “haqqında açıq danışmağın adət olmadığı fəaliyyətlər”ə çağırıb. "Müharibədə hər şey müharibədir", - Medvedev yazıb.

Eks-prezidentin sonuncu fikri terrora açıq çağırış kimi yozulur.




Ana səhifəyə qayıt        Baxış: 3 526          Tarix: 24-02-2024, 19:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma