Xəbər lenti

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ermənistanlı həmkarı Ararat Mirzoyan Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutmuş görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Martın 1-də Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla görüşüb. Görüşdə Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib və tərəflər münasibətlərin tam normallaşmasına nail olmağa hazır olduqlarını təsdiqləyiblər. Bu istiqamətdə mümkün konkret addımlar barədə fikir mübadiləsi aparılıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, tərəflər həmçinin dünyadakı və regiondakı vəziyyəti də müzakirə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 3 151          Tarix: 1-03-2024, 22:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma