Xəbər lenti

“Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür. Fransanın belə imkanı olsaydı ondan elə müqavilə öhdəlikləri olan ölkələrdə istifadə edərdi”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi

nümayəndəsi Mariya Zaxarova bəyan edib.

O, Fransanın Afrika ölkələrindəki missiyalarının uğursuzluğa düçar olduğunu da xatırladıb.

“Fransa ən kritik anda müttəfiqlərini tərk etdi”, - deyə Rusiya XİN nümayəndəsi əlavə edib.

Mənbə: “Smotri” “Telegram” kanalı




Ana səhifəyə qayıt        Baxış: 3 118          Tarix: 13-03-2024, 18:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma