Xəbər lenti

“Biz həmin kəndlərin Ermənistan ərazisi olduğunu sübut edəcək insanları axtarırıq”.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın Tavuş rayonunda Azərbaycanla sərhədlərin müəyyən edilməsi ilə bağlı Ermənistan iqtidarına yönəlmiş tənqidlərə cavab verərkən deyib.

Ermənistan Parlamentin spikeri iddia edib ki, xəritələrdə Ermənistan qanuni sərhədinin hər metrini göstərə bilər, öz növbəsində Tavuş sakinləri Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttinin harada olduğunu da yaxşı bilirlər.

“Biz hətta Gürcüstana gedərkən yolda dayanıb Azərbaycanla sərhədin haradan keçdiyini göstərmişik”, - deyə Alen Simonyan qeyd edib.

Mənbə: Sputnik Ermənistan




Ana səhifəyə qayıt        Baxış: 3 009          Tarix: 27-03-2024, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma