Xəbər lenti

Rusiyanın Berlindəki səfiri Bavariyada iki rusiyalının casusluq və təxribat hazırlamaqda şübhəli bilinərək həbs edilməsi ilə bağlı Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

“Təhlükəsizlik orqanlarımız Ukraynaya hərbi yardımımıza zərbə vurmaq məqsədi daşıyan potensial hücumların qarşısını aldı”, - deyə daxili işlər naziri Nensi Feser bildirib.

Qeyd edək ki, bu gün Almaniya Baş Prokurorluğu Rusiyanın xeyrinə gizli kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinən iki nəfərin saxlandığını elan edib.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 526          Tarix: 18-04-2024, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma