Xəbər lenti

Mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bir qrup jurnalistə müsahibə verib.

O, müsahibədə Azərbaycanın azad etdiyi ərazilərə getməmək üçün bəhanələr uydurub. Özü də diplomatik etiketlərdən kənar söhbətlərlə.

Sitata baxın: “İndiyədək, Azərbaycanın bir neçə regionunda səfərdə olmuşam. Bunu siyasi səbəbləri yoxdur. Aydındır ki, qaytarılmış ərazilər bir azca fərqlidir. Bir az daha çox koordinasiya tələb edir... Amma mən harasa kiminsə şousunun iştirakçısı olmaq üçün getmək istəmirəm... Odur ki, bunu etməyin vaxtı gələndə, mən bunu edəcəyəm”. Bu nə deməkdir axı? Necə yəni fərqlidir, necə yəni şou? Şou demişkən, səfir özü elə əsl şou göstərib.

Çünki bu boyda diplomatik rəzil açıqlama ilə çıxış etmək elə özü tamaşadır. Bu, nəyə və kimə lazımdır? Axı belə bəyanatlar Azərbaycan-ABŞ əlaqələrinə də mənfi təsir edir.

Görünür səfir bunu başa düşmür. Bu azmış kimi səfir ətrafına bir qrup jurnalisti də toplayıb. Həmin jurnalistlər ki, Azərbaycana qarşı kampaniyalarda iştirak edirlər. Misal üçün Xədicə İsmayıl. Görəsən cənab səfir özünü kim hesab edir? Azərbaycanın halalı olan ərazilərə getməməyi müxtəlif bəhanələrlə izah edən səfir daha sonra jurnalistlərə insan hüquqlarından danışır. Nədənsə, bu mövzu həmişə spekulyasiya vasitəsi olur.

Görmək olur ki, Mark Libbinin məqsədi diplomatik fəaliyyətə uyğun olmayan bir hərəkətdir. Beynəlxalq öhdəliklərin pozulmasına imza atan diplomat barədə isə ölçü götürülməlidir. Hətta belə şeylərə görə diplomatları “persona non grata” elan edərlər.

Ona görə də, cənab Libbi hərəkətlərinə və bəyanatlarına düzəliş etməsə, o, Bakının “qara siyahı”sına salına bilər.

oxu.az

Aqil Vəlili 




Ana səhifəyə qayıt        Baxış: 3 297          Tarix: 4-05-2024, 20:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma