Xəbər lenti

Sentyabrın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlamenti nəzərdən keçirəcək.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhkəmə Bakı və İrəvan tərəfindən avqustun 30-da imzalanan sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır.

Xatırladaq ki, ötən həftə reqlament Ermənistan hökumətinin iclasında təsdiq edilib. Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə verildikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, avqustun 30-da Ermənistan Xarici İşlər Nazirliyi Bakı və İrəvanın sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzaladıqlarını bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 4 087          Tarix: 10-09-2024, 16:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma