Xəbər lenti

"Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesini komissiyaların iş reqlamenti ratifikasiya edildikdən sonra aktivləşdirə biləcəklər".

Oxu.Az-ın məlumatına görə, bunu baş nazir Nikol Paşinyan Kazanda BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında çıxışı zamanı bildirib.

"Dünən Ermənistan Respublikası parlamenti Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni ratifikasiya edib. Göstərilən sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra biz 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini aktivləşdirə biləcəyik", - deyə o qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 2 877          Tarix: 24-10-2024, 16:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma