“Azərbaycan Dağlıq Qarabağda tammiqyaslı hərbi addımlara getmədən, istədiyinə nail olur”.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Vivendi Modus” mərkəzinin rəhbəri, politoloq Ara Papyan deyib.
Onun sözlərinə görə, Azərbaycan lokal əməliyyatlarla müharibənin köhnəlməsinə imkan vermir.
“Bunun nəticəsində Ermənistan və Qarabağda miqrasiya güclənib. Bu, Azərbaycanın ən böyük qələbəsidir. Torpaqlar ikinci məsələdir, birinci məsələ insanlardır, çünki torpağı onlar müdafiə edir”, - deyə o bildirib.
Papyan silahlanma haqda danışarkən, Ermənistanın “İskəndər” raketlərindən istifadə edə bilməyəcəyini deyib: “İskəndər” son silahdır, yəni ondan yalnız heç bir alternativ qalmayanda istifadə edilə bilər. Əminəm ki, Ermənistanın “İskəndər”lərdən istifadə etməsi üçün vəziyyət yaranmayacaq”.
Erməni politoloq qeyd edib ki, hərbi qarşıdurmanın davam etməsi Xankəndi üzərində bayrağın dəyişməsi ilə nəticələnəcək.
“Ermənistanda bunu anlayırlar. Sülhün saxlanılması paritetin saxlanılmasıdır. Başqa çıxış yol yoxdur. Erməni tərəfi yaxşı anlayır ki, müharibə Xankəndi üzərində bayrağın dəyişməsi ilə nəticələnəcək”, - deyə o bildirib.
Paylaş: