Xəbər lenti

Bu gün İran sabitdir, güclüdür. O, Ermənistan üçün təhlükəsizliyin təminatçısıdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi şərhçi, televiziya və radio aparıcısı Abbas Cuma erməni mediasına açıqlamasında deyib.

“Gəlin hər şeyi öz adı ilə adlandıraq. İranın mövqeyi olmasaydı, Zəngəzur dəhlizi artıq açılmışdı.

Qeyri-sabit, dağılmış, hücuma məruz qalmış İran (ABŞ-ın hücum edəcəyi təqdirdə - red.) – bu, Bakı və Ankaraya müəyyən imkanlar pəncərəsi açır. Hesab edirəm ki, onlar bu imkandan istifadə edəcəklər”, - o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 312          Tarix: 7-04-2025, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma