Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Rusiyada baş verənlərin tarixən bizim ölkəyə həm birbaşa, həm də dolayısı ilə təsir etdiyi faktdır.
Azadlıq Radiosunun (Rusiya) müəlliflərindən olan Ostap Kapmodinin “İkinci soyuq müharibə” yazısı da şimal qonşumuzda nə baş verdiyinə və nələrin olacağına həsr olunub.
Moderator.az yazının maraqla qarşılanacağını nəzərə alıb, tərcüməsini təqdim edir.
“Təsəvvür edin ki, yaz çölü liə gedirsiniz. Ətrafda hər şey çiçək açıb, üzünə xəfif meh vurur, günəş parlayır, hardasa səmada torağaylar oxuyur. Həyat gözəldir və ürəyində bir inam yaranır ki.., həmişə belə olacaq.
Və birdən.., düz ayağınızın altında yer yarılır, aşağı yuvarlanırsınız və bir də ayılrsınız ki, dərin, soyuq mağaradasınız.Ətrafda yarasalardan başqa heç nə yoxdur. Zülmətdir.
“Boş şeydir- ilk dəhşət keçəndən sonra fikirləşirsiniz – yəqin buralardan bir çıxış yolu var. Bu saat onu taparıq”. Amma, çıxış nə yarım saata tapılr, nə bir saata, nə də beş saata. Siz qaranlıqda var-gəl edir, divarlara dəyir, büdrəyir və tədricən ümidsizliyə qapılırsınız. Və birdən-o möcüzə! Siz işıq dairəsi görürsünüz. Budur o, çıxış, lap az qalıb, cəmi yüz addım! Siz son gücünüzü toplayıb ora can atırsınız, “aha çatdım”- deyəndə, son anda, düz burnunuzun ucunda yaxşı geyinmiş, qara qalstuklu adamlar dəstəsi peyda olur və mağaranın çıxış yolunu nəhəng bir daşla qapayırlar.
İşıq itir. Ümid də. Ətrafda yalnız zülmət, rütubət və qişalı qanadların xışıltısı...
Putin və onun yaxın ətrafı bu gün təxminən bu vəziyyətdədir.
Sanksiyalar haqqında qanun beynəlxalq mühasirədən sıyrılıb çıxmaq üçün bütün ümidləri dəfn etdi, hansı ki, Kreml 2016-nın noyabrından ümidliydi. Yemlənən ayrı-ayrı “analitiklər” xorla qaqqıldaşırlar: bəziləri deyir ki, Qərb bu sanksiyalardan Rusiya qədər, hətta daha çox itirir- rəqəmlər sadalıyırlar, 17, 20, hətta 100 milyard dollar. Başqaları söyləyir ki, Avropa Birliyi “Şimal axınına” cavab olaraq artıq sanksiyaları Rusiyaya deyil, ABŞ-a tətbiq edəcək. Amma, bütün bu danışıqlar özünütəlqindən başqa heç nə deyil.
Qərbin iqtisadiyyatı Rusiyanınkından 35 dəfə böyükdür. Rusiya üçün 20 milyard illik müdafiə büdcəsidir.Qərb üçün 100 milyard onun ÜDM-nin 0,3% - də təşkil etmir. Qərb iqtisadiyyatı Rusiyanın sanksiyasını heç hiss etmədi. Hətta Almaniya, Polşa kimi ölkələrə guya sanksiyalar güclü zərbə vurmuşdu, indi onların ÜDM-i 2012-2013-cü illərdən daha sürətlə artır.Rusiyada ÜDM 2014-cü ildən sonra uçuruma yuvarlanır. Avropa Birliyinin qaz xəttinə görə ABŞ-a sanksiya müharibəsi ümidinin də artıq mənası yoxdur.
Birincisi onlar arasında qarşılıqlı ticarət dövriyyəsi ümumdünya miqyasının üçdə birini təşkil edir və Avropa Birliyi hansısa Rusiyaya görə bu əlaqələri kəsməz. İkincisi, kiməsə sanksiya tətbiq olunanda formal olaraq AB-nin bütün üzvlərinin razılığı tələb olunur. Amma, AB-də “Şimal axını-2” –nin əleyhdarları tərəfdarlarından az deyil. Şərqi Avropadan və Skandinaviyadan on ölkə onun tikintisinə qarşı çıxış edirlər və çox şad olarlar ki, bu layihə baş tutmasın.
Hətta, təbliğatçılar da anlayırlar ki, Qərbin iflası və ya Amerika ilə Qərbin münasibətlərinin kəsiləcəyi haqqında söz-söhbətlər tamamilə cəfəngiyyatdır və bu təbliğatı yalnız inersiya ilə görürlər. Bu sadəcə qaçılmaz olanın qəbul edilməsinin qarşısında emossional əl-qol atmaqdır. Putinin Krımda, Donbasda özünə qurduğu tələ qapandı.Rusiyaya rəsmi olaraq Soyuq müharibə elan edilib. Və bu İkinci Soyuq müharibədə Rusiyanın mövqeləri birincidəkindən daha pisdir. Rusiya bu gün balacadır,kasıbdır və müttəfiqsizdir. Əgər gözlənilməz nəsə baş verməsə- məsələn Amerika Çinlə müharibəyə başlasa, yadplanetlilər gəlib çıxsa – Rusiya mütləq uduzacaq. Hamı, yəqin ki, zədə alanda onu keçirməyin beş mərhələsi olduğunu bilir. Rusiya indi birincidən – İnkaretmədən çıxır. Qalıb dördü: Qəzəb, Sövdələşmə, Depressiya və nəhayət, Qəbuletmə. İnsan bunların hamısını çox vaxt keçmir və bu sıralama ilə də keçirmək vacib olmur. Rusiya üçün növbəti mərhələ çox güman ki, Depressiya olsun. Putində bu depressiya görünür ki, artıq başlayıb. Ölkə üçün vacib bir vaxtda o heç bir siyasi bəyanatlar vermədi və problemlərdən uzaq durmağı üstün bildi, daha etibarlı gizlənmək üçün suyun altını seçdi. Amma, inamla demək olar ki, bu depressiya uzun çəkməyəcək. Əsas sual budu ki, sonra nə olacaq.Cəmi üç variantı var:
Qəbuletmə
Ən yaxşısı, belə bir vəziyyətdə Rusiya rəhbərliyinin təcili kapitulyasiyasıdır. Əllərini qaldır, təslim ol. Yəni, ABŞ və Avropa Birliyi nə tələb edirsə -Krımı qaytarmaq, Donbasdan çıxmaq, oğruları hakimiyyətdən qovmaq və repressiya qanunlarını ləğv etmək. Gec-tez, onsuz da bu ediləcək. Rusiya elə bir loxma udub ki, boğazında ilişib qalıb və neçə ki, ölkə boğulmağa başlamayıb, bu məsələ ilə tez məşğul olmaq lazımdır. Qarşını kəsən daş- Krımdır. Putin, hətta özü istəsə də, yəqin ki, onu qaytara bilməyəcək. O geri çəkilməyi bacarmır, bu onun üçün sifətini itirmək deməkdir. Bunu heç mümkün olan, olmayan rus demokrat-prezident də edə bilməyəcək. O qorxacaq ki, belə bir addım karyeranın sonu deməkdir. Bütün aparıcı demokratlar-Navalnıy,Yavlinskiy, Ponamaryov- artıq Krımın buterbrod olmadığını bəyan ediblər. Deməli, Krımı hansısa üçüncü qaytaracaq. Bu sxem 1980-ci illərin sonunda sovet blokuna daxil olan ölkələrdə hakimiyyət dəyişikliyi zamanı sınaqdan keçirilib. Bu üç mərhələdən ibarətdir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar