Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Qabil Hüseynli: “Gündəmdə duran əsas məsələlərdən biri Naxçıvanda türk bazalarının yaradılmasıdır”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabr ayında Azərbaycana səfəri gözlənilir. Maraqlıdır, bu səfər Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edə bilərmi?
Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli bu səfərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
“Bu səfərin münasibətləri yeni səviyyəyə qaldırması mümkündür. Uzun zamandır ki, strateji müttəfiqlikdən söhbət açılır. Bunun üçün ən vacib məsələlrdən biri isə iki ölkə arasında hərbi sazişin imzalanmasıdır. Doğrudur, deyilənlərə görə NATO üzvü olan dövlətlər hərbi saziş imzalamaq üçün NATO-nun razılığı lazımdır. Lakin hərbi əməkdaşlığın bir sıra növləri var ki, bunun reallaşması üçün NATO-nun izni lazım deyil.
Mən bu səfərdən sopnra Naxçıvana xüsusi diqqətin ayrılacağını gözləyirəm. Naxçıvanda Əlahiddə Qoşun Komandanlığı yaradılıb. Onlar ilk dəfə türk qoşunları ilə birlikdə hərbi təlimlər keçiblər. Gündəmdə duran əsas məsələlərdən biri Naxçıvanda türk bazalarının yaradılmasıdır. Bildiyim qədəri ilə, Azərbaycan tərəfi də bunda maraqlıdır. Bu məsələdə müəyyən irəliləyişin baş verəcəyini gözləmək olar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar