Xəbər lenti
Bu gün, 12:41
Bu gün, 11:56
Bu gün, 09:42
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
Ovqat.com xəbər verir ki, İsveçrənin Sürix şəhərində yaşayan tanınmış jurnalist, "Yeni Müsavat” qəzetinin keçmiş əməkdaşı Elbəyi Həsənli modern.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Elbəyi müəllim, necəsiz? Hazırda nə işlə məşğulsunuz?
- İsveçrəyə təzə gələndə çətinliklər çox oldu. 8-9 il ərzində iş tapa bilmədim. Bələdiyyənin hesabına yaşadım. Bir ara süpürgəçilik etdim, tualet də təmizlədim. Haradasa 3-4 ayım belə keçdi. 4 ildən artıqdır ki, ofisdə çalışıram. İşimdən razıyam.
- Mühacirətdə olmağınıza baxmayaraq, indi də deyəsən "Yeni Müsavat” qəzeti ilə əməkdaşlıq edirsiniz. Qonorar alırsınızmı?
- Ara-sıra bir şeylər yazıram. Yazmayanda özümü pis hiss edirəm. İngilis və alman dillərini bildiyimə görə jurnalist kimi çox iş görə bilərəm. Amma mən dünyanın ən bahalı ölkəsində yaşayıram. Jurnalistika ilə peşəkar şəkildə məşğul olmaq üçün heç olmasa 5 min dollar maaş almalıyam. Azərbaycanda isə belə bir maaş verəcək media qurumu yoxdur. Ona görə də jurnalistika ilə həvəskar səviyyədə məşğul oluram. Könül istər ki, qonorar alım. Ancaq verən yoxdur. Bu il artıq yarı olur, ancaq Rauf Arifoğlu hələ ötən ildən qalan borcları verə bilmir. Vəziyyət bu qədər kirtikdir. "Yeni Müsavat” iflas həddindədir. O biri media orqanları da yaman gündə...
- Yadıma gəlir, bir dəfə Rauf Arifoğlunu tənqid etmişdiniz. Bəs nə əcəb yenidən orda yaza bildiniz?
- Rauf Arifoğlunu arada-sırada tənqid edərəm. Bilirəm ki, mənsiz də onun başını xarab edən çoxdur. Mən də o çoxluğa qoşulmaq istəmirəm. Ancaq ona münasibətdə heç vaxt qırmızı xətti keçməmişəm. Çünki üstümdə haqqı var. Az-çox jurnalist kimi tanındığıma görə ona minnətdaram. "Yeni Müsavat” məktəbinin xaç atasının üzünə ağ olmaq fikrində də deyiləm.
Yazı ilə bağlı problemimiz isə çox olur. Çünki mən "Yeni Müsavat”ın klassik dövrünün yetirməsiyəm. Müasir "Yeni Müsavat” isə fərqli standartlar çərçivəsində fəaliyyət göstərir. Bəlli standartdan kənara çıxan yazılarım zibil qutusuna atılır. Təbii, belə şeylər adama toxunur. Amma mövcud reallıqları başa düşürəm. Bu kimi amilləri nəzərə alaraq, çox vaxt ürəyimdən keçən mövzuları yazmıram. Bilirəm ki, "Yeni Müsavat” bunu verməyəcək. Nə Rauf Arifoğlunu, nə də özümü pis vəziyyətdə qoymaq istəyirəm.
- Xarici mətbuatı və bizim medianı izləyirsiniz. Sizcə mətbuatda zorlama, intihar xəbərləri getməlidirmi?
- Qeyd etdiyiniz mövzularla ingilisdilli və almandilli media orqanlarında da tez-tez rastlaşmaq olar. Azərbaycanda isə bu kimi mövzulara aşırı tələbat var. Pis olan budur. Biz millət olaraq bayağı şeylərə daha çox meylliyik.
- Öz saytınız olsaydı, zorlama xəbərlərini verərdinizmi? Verərdinizsə, təqdimatı necə edərdiniz?
- Media əxlaq kodeksi əsasında fəaliyyət göstərmir. İctimaiyyətin diqqətində olan mövzuları qabartmaq lazımdır. Qərbdə son dərəcə ciddi media orqanları var. Elita və intellektual kəsim elə media orqanlarına üstünlük verir. Siz deyən mövzular isə sarı mətbuatın gündəmində fırlanır.
- Neçə ildir jurnalistsiniz, Azərbaycan mətbuatında hansı yazıları "sifarişli” kateqoriyaya aid edərdiniz?
- Azərbaycanda media tam nəzarət altındadır. Bir-iki istisna hələ də var. Amma onlar da ümumi ab-havanı dəyişmək gücündə deyil. Bizdə vəziyyət belədir. Əlində qələm olan - söhbət istedad sahibindən gedir - tərif yazmalıdır. Onda başağrısı, qismən də təminatlı yaşamaq olar. Müxalifətdə də xeyli yazar var. Onlar da gözlərini qrantlara dikib. Təbii ki, Qərbdən qrant alan qələm sahibləri də Azərbaycanda Qərbin maraqlarının keşiyində durublar...
Bir misal, Milli Şuranın mitinqi ərəfəsində "Yeni Müsavat”da bir yazı getdi. Maraqlı bir foto da vardı. Qənimət Zahid və Natiq Ədilovun "People in Need (PIN)” təşkilatının iki həmtəsisçisindən biri olan Yaromir Ştetin ilə birlikdə fotosu yayıldı.
Kimdir Yaromin Ştetin? Bu adam haqqında çox yazmışam. O, 1988-ci ildən Ermənistana kömək edir. Düşünün ki, rus dilində erməni ləhcəsi ilə danışır. İlin yarısını Ermənistan və Dağlıq Qarabağda keçirir. Erməni mətbuatında yüzlərlə müsahibəsi var. Azərbaycanı ən iyrənc ifadələrlə təhqir edir, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasını istəyir. Bu adam ermənidən daha çox erməni olan birisidir. Qənimət Zahid və Natiq Ədilov bunu çox gözəl bilir. Amma gedib onunla qol-boyun olublar. Nədən? Çünki pul dilənirlər.
Görün, bizim jurnalistlər nə gündədir? Yağı düşmənimizə yalmanırlar. Adın çəkdiklərim Əli Kərimlinin yaxın adamlarıdır. AXCP sədri bu foto ilə bağlı bir kəlmə açıqlama verdimi? Vermədi. "Azadlıq” qəzetində çalışan və gecə-gündüz "millət, dövlət, Azərbaycan...” bağıran bircə yazar bu həngaməyə etiraz etdimi? Etmədi... Azərbaycan jurnalistikasında şəxsiyyət problemi var...
- Eynulla Fətullayevin yazdıqları araşdırmadır? Çoxları deyir ki, onun yazdıqları kompromatdır. Bunu mən müəyyən edə bilmərəm. Amma bir saul ortaya çıxır: kompromat faktdırsa, (söhbət şəxsi həyatdan getmir) onu araşdırmada yazmaq qəbahətdir?
- Eynulla Fətullayev mərhum dostu Elmar Hüseynovla birlikdə demokratiya uğrunda savaşda ön sıralarda addımlayırdı. Elmarı sifarişlə qətlə yetirdilər. Eynulla Fətullayevi isə saxta ittihamlarla həbsə atdılar. Qərbin xeyir-duası ilə Eynulla Fətullayevi obrazlı şəkildə desək, qova-qova namərd etdilər. Bəli, o, nə vaxtdır ki, yuxarılardan kimlərinsə ötürdüyü materiallar əsasında sifarişə uyğun yazılar hazırlayır. Bu yazılar daha çox kiminsə ifşa olunmasına hesablanıb...
Eyni işi Xədicə İsmayıl da görür. O isə Amerikanın müvafiq orqanlarından daxil olan materialları Vaşinqtonun maraqlarına uyğun formada dinləyicilərə çatdırır...
Mahiyyətdə hər ikisi eyni işi görür. Sadəcə sifariş verən tərəflər fərqlidir.
Eynulla Fətullayev də, Xədicə İsmayıl da, daha öncə adını çəkdiyim Qənimət Zahid və Natiq Ədilov da istedadlı adamlardır. Belə jurnalistlər küçəyə tökülməyib. Ancaq bəzi eybəcərliklər bu insanları öz vicdanlarının əleyhinə gedərək, istəmədikləri işlərə qol qoymağa təhrik edib. Bunları deyəndə onu da fikirləşirəm ki, Azərbaycanda qalası olsaydım mən də ya eybəcərliklərə təslim olacaqdım, ya da intihar edəcəkdim. Kim bilir?..
- "Meydan” TV, "Azadlıq” qəzetini azad media hesab etmək olarmı?
- Ötən ilin iyulunda "Meydan” TV ingilis dilində Azərbaycanı "erməni soyqırımı”nı tanımağa səsləyən məqalə vermişdi. Bu barədə Facebook-da yazdım. Ancaq Azərbaycanın siyasi elitası, ziyalılar bu məsələnin üstündən sükutla keçdi. Ondan bir az öncə isə "Meydan” TV-də o vaxt redaktor olan Günel Mövlud erməni rəfiqəsi Edita Badasyana şeir həsr etməşdi. Düşünə bilirsizmi? Edita Badasyan Türkiyəni "erməni soyqırımı” törətməkdə ittiham edir. Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa çağırır. Bako Saakyanı Dağlıq Qarabağın "prezidenti” kimi təqdim edir. Və ...Günel Mövlud şeir yazır, özü də rus dilində. Komediyalar aləminə səyahətdi,vallah...
Xədicə İsmayılı Avropa Məhkəməsində təmsil etmiş vəkil Amal Kluninin əri Corc Kluni qondarma erməni soyqırımına dəstək verənlərdən biridir. Amal Kluni də ermənilərin maraqlarından çıxış edir. Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası "Doğu Perinçek İsveçrəyə qarşı" işi üzrə məhkəmə dartışmasını Doğu Perinçek uddu. Yəni, bu xanımım müdafiə etdiyi ermənilər məhkəmənin qərarından məyus oldu. Bütün bunları bilə-bilə Xədicə İsmayıl Amal Klunini özünə vəkil tutmuşdu. Bu erməni sevgisi bunlara haradan gəlir, mat qalırsan...
- Azərbaycanda kimin imzalarını bəyənirsiniz?
- Azərbaycanda istedadlı qələm sahibləri çoxdur. Amma haqqın yanında dayanan, sözü satmayan qələm sahibləri yox kimidir. Sözü satmaq da Allaha asi olmaq kimi bir şeydir
- Bizim televiziya kanallarına baxırsınız?
- Yox, canım.... Məncə, könüllü şəkildə dəli olmaq istəyənlər Azərbaycan teleməkanına daxil ola bilərlər.
- Azərbaycanda Qərb mətbuatı modelində olan bir media orqanı görürsünüz?
- Azərbaycanda Qərb mətbuatı modeli haqqında danışmaq məsuliyyətsizlik olardı.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar