Xəbər lenti

 

Mobil telefon həyatımızın ayrılmaz bir parçasına çevrilib. Ondan tək zəng deyil, başqa məqsədlər üçün də istifadə edirik. Bura sosial media, film, elektron kitab və oyunları da daxil etsək, uzun bir siyahı ortaya çıxar. Mobil telefonda iş funksiyaları artdıqca, sutka ərzində ondan istifadə müddəti də uzanır. Məsələn, əvvəllər sadəcə zəng edib danışırdıqsa, bu gün saatlara kino da izləyə bilirik. Sirr deyil ki, telefon asılılığından əziyyət çəkən insanlar da var.

Mobil telefondan geniş istifadə özü ilə tək psixoloji və sosial deyil, həm də tibbi baxımdan da ciddi problemlər gətirdi. Fərqində olmadan, saatlarla telefonla danışmaq insan orqanizmində ağır fəsadlara yola aça, hətta ölümlə də nəticələnə bilər. Xərçəng üzrə Beynəlxalq Araşdırma Mərkəzinin (IARC) yaydığı hesabatda bildirilir ki, uzun müddət mobil telefonla danışmaq beyin xərçəngi yarada bilər. Hətta araşdırmalara görə, sutka ərzində yarım saatdan çox mobil telefonla danışmaq xərçəngi riskini 5 dəfə artırır.

Yəqin ki, bu məlumatı oxuyan hər kəs eyni sualı verəcək: Bəs mobil telefon olmadan gündəlik həyatımızı, işlərimizi necə idarə edək? Təəssüf ki, bu bir həqiqətdir. Nə qədər zərərli olsa da, mobil telefondan tamam imtina etmək mümkün deyil. Belə olan halda tək çarə təhlükəsizlik qaydalarına əməl etmək qalır. Aşağıda qeyd olunan şərtlərlə, mobil telefonun sağlamlığa vurduğu zərəri nisbətən azalda bilərsiniz:

1. Zəng edərkən telefonu birbaşa qulağınıza yaxınlaşdırmayın. Qulaqlıq, yaxud da mikrofon vasitəsi ilə danışmağa çalışın.

2. Nömrə yığılan zaman ilk çağrılarda daha çox şüa yayılır. Odur ki, dərhal deyil, bir neçə çağrıdan sonra telefonu qulağa tutun.

3. Mobil telefonu cibinizdə, belinizdə deyil, çantada gəzdirin.

4. Çalışın gündəlik telefonla danışma müddəti yarım saatı keçməsin.

5. Eyni ortamda birdən artıq mobil telefon varsa, hamısını sönülü saxlayın. Çünki say çoxaldıqca, radiasiya da artır.

6. Qulaqlıq və mikrofonla danışmaq imkanınız yoxdursa, telefonu yalnız bir qulaqda saxlamayın. Bir müddət sağ, daha sonra sol qulağınıza tutun. \\Eurasia Diary 




Ana səhifəyə qayıt        Baxış: 295          Tarix: 17-10-2019, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma