Xəbər lenti

 Qəbizlik həzm sistemi xəstəliklərində ən çox təsadüf olunan şikayətlərdəndir və həkimə müraciət edənlərin 2-20%-ni təşkil edir. Qəbizlik daha çox qadınlarda, yaşlılarda və uşaqlarda rast gəlinir.

Adətən, yaşlılarda sağlamlıqla əlaqəli problemlərin olması, orta yaşlı insanlarda isə fiziki aktivliyin az olması ən çox təsir göstərən səbəblərdəndir. Gün ərzində 3 dəfədən həftədə 3 dəfəyə qədər olan defekasiya normal hesab olunur. Qəbizliyə nəcisin miqdarının az olması, konsistensiyasının quru və bərk olması, defekasiyadan sonra tam boşalma hissinin olmaması xasdır.

Funksional qəbizlik zamanı xəstəlik bioloji baryeri keçmədiyi halda biotənzimləyici terapiyanın ilk iki müalicə sütunundan istifadə olunur:

1. Drenaj və detoksikasiya

2. İmmunomodulyasiya.

Drenaj və detoksikasiya məqsədilə toksinlərin orqanizmdən təbii şəkildə xaric olmasına kömək üçün hidrokolonoterapiya və həzm sisteminin drenaj preparatlarından istifadə olunur.

Xroniki qəbizlik nəticəsində nazik və yoğun bağırsaqlarda, daha sonra isə bütün həzm traktında struktur dəyişikliyi formalaşa bilir.

Bağırsaq - immun sisteminin mərkəzidir. Mədə - bağırsaq traktını requlyasiya etmədən heç bir xəstəlik müalicə olunmur!

Xroniki qəbizliyin kompleks müalicəsində fizioterapevtik prosedurların tətbiqi müalicənin effektini artırır. Bu zaman patoloji prosesin lokalizasiyası, motor-evakuator pozulmasının xarakteri mütləq nəzərə alınmalıdır. Müalicə zamanı aşağı tezlikli impuls cərəyanlarının, yerli darsonvalizasiya, diadinamoterapiya, ultrayüksək tezlikli səs dalğaları, maqnit sahəsi və s. fizioterapevtik metodların istifadə olunması məsləhət görülür. Kompleks müalicədə hidrokolonoterapiya və ozonoterapiya üsullarından da istifadə etmək məsləhətdir.

Qeyd edək ki, dünyanın inkişaf etmiş ölkələrində əmək qabiliyyətli əhalinin 30-50%-i, uşaqların isə 5-20%-i funksional qəbizlikdən əziyyət çəkir. Qəbizlik yaşli insanlarda cavanlara nisbətən 5 dəfə çox rast gəlinir.




Ana səhifəyə qayıt        Baxış: 1 049          Tarix: 9-05-2017, 09:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma