Xəbər lenti

 

Yay aylarında hər kəs dənizə girmək və günəşlənmək üçün çimərliklərə üz tutur.

Ovqat.com Metbuat.az-a istinadən xəbər verir ki, dərinin uzun müddət günəş şüalarına məruz qalması yanıqlara səbəb olur. Günəş yanığı sonrasında meydana gələn ağrını azaltmaq üçün dərinizə kartof maskası tətbiq edə bilərsiniz.

Tərkibi:

1 ədəd kartof

1 stəkan un

1 ədəd yumurta sarısı

Hazırlanması:

Kartofu halqa şəklində doğrayın və un əlavə edin. Yumurta sarısını da qarışığa əlavə edib qarışdırın. Yumşaq qarışıq alana qədər bütün məhsulları qarışdırın. Daha sonra dərinizə tətbiq edin. Kartof maskasını dərinizədə 20 dəqiqə saxlayın. Bundan sonra soyuq su ilə təmizləyin. Bu maska günəş yanıqları zamanı əmələ gələn ağrını azladır, əgər günəş yanığınız varsa, tətbiq edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az




Ana səhifəyə qayıt        Baxış: 1 534          Tarix: 4-07-2017, 19:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma