Xəbər lenti

 

Yüksək təzyiqlə müqayisədə aşağı təzyiq insan həyatına ciddi təhlükə yaratmır.

Lakin təzyiqin kəskin şəkildə aşağı düşməsi insanın halının pisləşməsinə, başgicəllənməsinə, zəifliyə, halsızlığa, ağır vəziyyətdə bayılmaya səbəb ola bilər.

Belə vəziyyətdə ev şəraitində bu kimi vasitələrdən istifadə edə bilərsiniz:
- Tünd qəhvə. Tərkibində olan kofein maddəsinə görə qəhvə tez bir zamanda aşağı təzyiqi qaldırır.
- Tünd çay. Çayın tərkibində də kofein var. Çay və ya qəhvə şirin olmalıdır.
- Darçınla bal. 1 çimdik darçının üzərinə yarım stəkan isti su tökün, 1 çay qaşığı bal əlavə edin və için. Darçın da aşağı təzyiqi yaxşı normallaşdırır.
- Ən sadə üsul - dilinizin üzərinə 1 çimdik duz tökün və onu yavaş-yavaş sovurun.
- Qulaqları ovuclarla tez-tez sürtmək də yaxşı kömək edir.
Yardım göstərdikdən əvvəl təzyiqin həqiqətən düşməsinə əmin olun. Bəzi hallarda təzyiqin qalxmasını təzyiqin düşməsi ilə səhv sala bilərsiniz.
Təzyiq sizdə tez-tez düşürsə, mütləq həkimə müraciət edin. Təzyiqin tez-tez düşməsi bəzən çox ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər. /saglamolun.az/




Ana səhifəyə qayıt        Baxış: 2 195          Tarix: 7-08-2017, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma