Xəbər lenti

Mürəkkəb amma əslində asan bir məsələdir. Belə izah edək:
Ümumiyyətlə Yaxın Şərqi bir şəhər kimi düşünün, məsələn, İstanbul kimi, bu regionda çox dəqiq dəyişikliklər var. Osmanlı dağılandan sonra Yaxın Şərq iri bir gecəqondu məhəlləsinə çevrilmişdi. Bu gecəqondu kəndi içərisində tam milli dövlətlər, millətçi dövlətlər, qismən milli dövlətlər birləşmişdi.
Tam milli dövlətlər: Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Oman, İordaniya.
Bu milli dövlətlərin ortaq xüsusiyyəti: Əvvəlcə pul buraxıb oturduqları yerin sənədini aldılar. Ordu boş şeydir, təhlükəsizliyini başqası təmin edir. Əhalisi məhduddur, açıq, qapalı avtomobil dayanacağı, üzgüçülük hovuzu, məscidi, sinaqoqu, kilsəsi var, din məsələsi problem deyil. Həyat şərtləri yüksək səviyyədədir, şəhərdə hər cür yüksək gəlirli insanlar yaşayır, şəhərin genişlənmə kimi bir məqsədi də yoxdur.
Qismən millətçi dövlətləri: İraq, Suriya, Yəmən.
Bu dövlətlərdə yüksək əhalili, şəhər tərzi həyat yoxdur. Gəlir çox aşağıdır və hər cür adam yaşamaqdadır, təhlükəsizlik boş şeydir. Sakinlərinin böyük bir hissəsi oxşar dəyərlərin daşıyıcısı kimi görünür, amma əslində hər kəs bir-birinə qəzəblidir. Həyatları narahatdır. Görüntüdə hər kəs müsəlmandır. Əslində isə şiə-sunni və ya kürt-ərəb-türkmən qarışıq mürəkkəb və dərin tarixi köklərə malik şəxslərin yaşadığı yeri məhəllə ediblər. Cəmiyyət zamanla genetikasına işləndiyi kimi, şiə -sünni məhəllələrinə ayrılıb. Bəzi bölgələrində də kürd məhəllələri, bəzisində türkmən məhəllələri, bəzisində də ərəb məhəllələri var. Kim kimin məhəlləsinə girərsə, bir-birini vurur. Dövlət rəhbərliyi tez-tez dəyişir, kimin adamı gələrsə, onun məhəlləsinə daha çox xidmət göstərilir. Yuxarıdakı məhəllə aşağıdakı məhəlləyə aşağı baxır, bir-birinə qız verməzlər, yolda qarşılaşsalar yolunu dəyişərlər və s.
Bir də millətçi dövlətlər var: Misir, Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı, İran.
Misir, İsrail və Türkiyə daha demokratik, dünyəvi cizgidədir. Səudiyyə Ərəbistanı ümumiyyətlə sunni-vəhhabidir, İran isə şiədir. Misirdə hər hansı bir məzhəb və ya din ayrı-seçkiliyi yoxdur, demokratiya həsrəti var, amma siyasi qarışıqlıqlar səbəbindən dövlət belini bir növ doğrulda bilmir. Bəşəri potensialı çox yüksək olsa da başını heç cür siyasi çaxnaşmalardan qaldıra bilmir. Ümumi bir qarışıqlıq mühiti var, sakitliyi taparsa potensialı inanılmaz dərəcədə yüksəkdir. Böyük bir mədəniyyətə sahibdir bu adamlar.
İsrail- bölgənin tamamilə başqa bir milli dövlətidir.  Zamanında pulunu yatırıb, ordenini alıb. Əvvəlcə pul yatirib aldığı yerdəki xarabalıqları təmizləyib, bu gecəqonduların sahiblərinin qohum əqrəbası maşınlarla gedib bunların şəhərinə hücum eləmiş, ancaq hamısını geri püskürdüblər. Onlara daim sağlam və təmkinli yanaşılmalıdır. Həm arxaları möhkəmdir, həm də əhali potensiallıdır. Milli dövlət olduğu kimi zamanla şəhər düzənləməsini də tamamlayıb. Kiçik milli dövlət olsa da qlobal potensialı və tərəfdaşları var.
Səudiyyə Ərəbistanı - sunni ərəb dövlətidir. Milli dövlətlər içərisində ən gecəqondu məhəllə buradır. Ədalətsiz gəlir bölgüsü var. Əksəriyyəti sunnidir, qatı ərəbdilər. Bəzən ərəbçilik müsəlmanlığın önünə keçir. 
İran - regionun ən köklü milli dövlətlərindən biridir. Oturduğu yer özünə aiddir. Qonaq filan da qəbul etmir, heç kəslə fiziki döyüşə girməz, amma məhəllədə yanlış yerdə saxlamış maşının şüşəsilənini götürər, ən yuxarı mərtəbədə oturar, üst mərtəbədən tüpürər və s. 
Türkiyə - regionun ən qarışıq dövlətidir. Dərin tarixi keçmişində türk-islam fiquru olaraq bölgəyə bayraqdarlıq edib. Sakinlərinin əksəriyyət türk-sunnidir. Ancaq hazırda əhalisi həm kürd-ərəb-türk, həm sunni-şiədən ibarətdir. Rəhbərlik həmişə sunni türklərin nəzarəti altında olub.  Bəzən oyun qurmağa çalışıb, bəzən özü oyuncaq olub. özündən üstün qonşusuyla dava edər, bir gün sonra isə qolqola girər. Məhəlləsində təntənə heç bitməz, nə qonşusuna rahatlıq verər, nə özü rahatlıq tapar. Vərdiş halını almış bir xaos mühiti var. Sakinləri də artıq bu xaos mühitinə o qədər adət edib ki, ixtilafsız yaşamaq şansları yoxdur. Əhalinin potensialı yüksəkdir və regionunun ən izdihamlı dövlətidir. 
Bu bölgədəki milli dövlətlərin bir qismi millətçi dövlətlər üzərindən suverenlik sahəsi yaratmağa çalışırlar və ya öz sahələrindəki dərin problemləri bir-birinə qarşı istifadə edirlər. Məsələn, İsrailin düşməni Həması Türkiyə və İran dəstəkləyir. İranın sevmədiyi Səudiyyə Ərəbistanı Türkiyə ilə İsrail dəstəkləyir. Türkiyənin sevmədiyi PKK-nı İranla İsrail dəstəkləyir.
Ya da, Türkiyə Fələstində, Qətərdə suverenlik sahəsi yaratmağa çalışarkən Səudiyyə Ərəbistanı, Misir, İsrail Türkiyənin qarşısındadır. İran Yəməndə oyun qurarkən İsrail, Səudiyyə Ərəbistanı, Türkiyə İranın qarşısındadır.
Ya da, Misirlə İsrail arasında ədavət yaşanır. Türkiyə vasitəçi olum deyə beynəlxalq aləmə bonus etməyə çalışar, vasitəçiliyi qəbul edilməz. Bu kimi nümunələr çoxdur...
Misir bu hadisələrin tamamilə xaricindədir, əslində daxili qarışıqlıqdan başını qaldırmır, qaldırsa nələr olacağı ağılagəlməz. 
Böyük güclər də regiondakı dövlətlərin bu sonsuz suverenlik oyunundan istifadə edərək regiondan ala biləcəkləri maksimumu almağa çalışırlar. Region onsuz da kifayət qədər qarışıqdı, daha da qarışmasına imkan verilmir, nəzarətli qarışıqlıq desək daha dəqiq olar. Buna maneə olmağa, qabığını yüngül qırmağa çalışan Qətər kimi dövlətləri isə öz çevrəsinə həbs edərək tərbiyə edirlər. "Sən pulunu dünən olduğu kimi bu gün də İsveçrəyə yatır və xoşbəxt, firavan həyatına davam et" -deyirlər. "Oyunu biz qururuq, özünü bir şey hesab etmə" -deyirlər.  "Ya bizim yanımızda olmlısan, ya da heç kimsən" -deyirlər. 
Nəticə olaraq dərin Yaxın Şərq qanunlarına görə:
 
 1. Şərqi yaxın şərqlilər idarə edə bilməz.
 2. Yaxın Şərqdə hər kəs öncə mövqeyini bilməlidir.
 3. Bir millətçi dövlət tək başına oyun qurmağa çalışa bilməz.
 4. Bir millətçi dövlət bir milli dövlətlə oyun qurmağa cəhd edə bilməz.
 5. Millətçi dövlətlər bir-biri ilə də oyun qurmağa cəhd edə bilməz.
 6. Bir milli dövlət heç kəslə oyun qurmağa cəhd edə bilməz.
 7. Hər zaman qərbli güclər qazanar.
Belə bir məkanda, həmişə daha güclü bir Türkiyə üçün çalışmaq və buna nail olmağın yeganə yolu bu sonsuz suverenlik sahəsindən uzaq duraraq, işin bir təfərrüatına varmadan regionda qulaq üstündə uzanmaq, özünə tarixdən gələn strategiyaları qiymətləndirməməkdən keçir. Yaxın Şərqin hakimi olmaq istəyirsənsə ya oyunu yaradanlarla birlikdə hərəkət edib, kapitalını davamlı içəri ötürərək ölkənin inkişafını təmin etməlisən. Qətərlə ticarət etməyin yolu da Qətərlə razılaşmaqdan keçmir. Bunu Qətər də görəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 2 025          Tarix: 10-06-2017, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma