Xəbər lenti

 Sabah Qırğızıstanda milli matəm elan olunması ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində matəm kitabı açılacaq, dövlət bayrağı yarıya qədər endiriləcək.

 Ovqat.com APA-ya istinadən xəbər verir ki, matəm günü ilə əlaqədar sabah səfirlik fəaliyyət göstərəcək.

 Qeyd edək ki, aprelin 29-da yerli vaxtda saat 07.20 radələrində Oş vilayətinin Ayu kəndində güclü torpaq sürüşməsi baş verib, 24 nəfər torpaq kütləsi altında qalıb. Bu gün Qırğızıstan prezidenti Almazbek Atambayev 24 nəfərin ölməsi ilə əlaqədar 30 aprelin milli matəm elan edilməsi barədə sərəncam imzalayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 070          Tarix: 29-04-2017, 17:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma