Xəbər lenti

Suriya kürdləri Türkiyə və ABŞ arasında münasibətlərin soyuqlaşmasına əsas səbəb olublar.

ABŞ Suriya kürdlərini İŞİD-ə qarşı mübarizədə əsas müttəfiqi hesab edir və ötən həftə prezident Trampın göstərişi ilə Demokratik Qüvvələrin tərkibində vuruşan YPG təşkilatı müasir silahlarla təmin olunmağa başladı. YPG-ni PKK-nın Suriya qanadı kimi terrorçu təşkil sayan Ankaranın buna etirazı da nəticəsiz qaldı.

Ağ Evdə Donald Trampla görüşdə Rəcəb Tayyip Ərdoğan YPG məsələsini qaldırsa da, bu danışıqlar effektiv nəticə vermədi. Vaşinqton kürdlərə dəstək verməkdə qərarlı görünür. Hətta Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Amerikas Türkiyə və Suriya kürdləri arasında seçim etməlidir deməsi də, baş verənlərə əhəmiyyətli təsir göstərmədi.

Amma Ankaranın da məsələyə münasibəti kifayət qədər sərt oldu. Ərdoğan Türkiyəyə döndükdən sonra YPG-nin Türkiyəyə qarşı hücumlar təşkil edəcəyi təqdirdə cavab zərbəsi endirəcəklərini və Trampla görüşdə bu haqda xəbərdarlıq etdiyi bildirib.

Türkiyə vahid dövlət halında birləşməsi qeyri-real görünən Suriyanın gələcək bölüşdürülməsində aktiv iştirak etmək istəyir.

Bu fonda, Raqqanın azad olunması əməliyyatında Ankara iştirak etməyəcək. YPG-nin bu əməliyyatda əsas rol oynayacağı rəsmiləşdikdən sonra Ankara bu addımı atmağa məcbur oldu.

ABŞ-ın Yaxın Şərqdə kürd faktoruna ciddi önəm verməsi, istər İraq, istərsə də Suriyada onları silahlandırması gələcəkdə yaranacaq Kürdüstan dövləti layihəsinin bir hissəsi kimi nəzərdə tutulub.

Ərəb ölkələrinin içində yaradılan İsraildən sonra, ABŞ Yaxın Şərqin tam mərkəzində - İran,Türkiyə, İraq və Suriyanın əhatəsində yeni “İsrail” dövləti yaratmağı planlaşdırır.

Bu dövlətin yaranması Yaxın Şərqdə hərbi-siyasi situasiyanın daim təhlükə altında olması və regional etnik münaqişələrin alovlanmasına şərait yaradacaq. Eyni zamanda Vaşinqton reginun mərkəzindəki Kürdüstandan bu prosesləri idarə edəcək. Təsadüfi deyil ki, Tramp Suriya ərazisindəki ABŞ hərbçilərinin sayını minə çatıdırıb. Onlar əsasən. Kürd döyüşçülərinə İŞİD-lə mübarizədə təlimat verirlər.

Beləliklə,  yaxın illərdə Suriya və İraq ərazilərində kürdlərin nəzarət altına geniş ərazilər veriləcək və bu ərazilərdə dərhal ABŞ hərbi bazaları yerləşəcək. Lakin ABŞ-ın kürd faktoruna üstünlü verməsi bunu öz təhlükəsizlyii və milli maraqları üçün ciddi təhlükə sayan Türkiyənin İranla yaxınlaşmasına səbəb olacaq. Ankara və Tehranın yaxınlaşması isə Yaxın Şərqdəki qarşılıq siyasi mənzərəni tamamilə dəyişəcək.//Modern.az

 




Ana səhifəyə qayıt        Baxış: 919          Tarix: 18-05-2017, 14:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma