Xəbər lenti

"İran tərəfdən gələn təhlükə ərəb dünyasında İsrailə qarşı münasibəti yaxşılaşdırıb".

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail Prezidenti Reuven Rivlinin iqamətgahında deyib.

"İran ilə bağlı baş verənlər regionda bir çox dövləti İsrail tərəfinə çəkib. Bu vəziyyət yaratdığı faydalardan istifadə edə bilərsiniz" - ABŞ prezidenti bildirib.

Qeyd edək ki, D.Tramp İsrailə yalnız krallığın rəhbərliyi ilə yox, həm də ərəb və müsəlman ölkələrinin liderlər ilə görüşdüyü Səudiyyə Ərəbistanından gedib.

"Bu ölkələr arasında sizə, belə desək, heç də dostcasına münasibət göstərməyən ölkəlkər də var. Bu fürsətdən istifadə etsəniz, şad olarıq. Bu, elə də asan deyil, çağırışdır. Amma eyni zamanda, böyük şansdır. Özü də bütün Yaxın Şərq üçün şansdır", - D.Tramp söyləyib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 067          Tarix: 22-05-2017, 17:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma