Xəbər lenti

 Yəməndə vəba epidemiyası 500 nəfərin həyatına son qoyub.

“France-Presse” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Tarik Yazareviç bildirib.

Onun sözlərinə görə, son bir ay ərzində Yəmənin 19 vilayətində vəba xəstəliyindən 500 nəfər ölüb. “Ölənlərin sayı 2016-ci ilin oktyabrı 2017-ci ilin martı dövrü ilə müqayisədə dörd dəfə artıb”, deyə T.Yazareviç bildirib.

Qeyd edək ki, Yəmən hökuməti vəba epidemiyası barədə ilk dəfə 2016-cı ilin oktyabrında məlumat verib. Ümumdünya Səhiyyə  Təşkilatı risk zonasında 7,6 milyon insan yaşadığını açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 858          Tarix: 30-05-2017, 00:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma