Xəbər lenti

Hazırda Rusiyanın Ukraynaya qarşı müharibəsi kontekstində çoxlu sayda sülh prosesləri intensivləşir. Danışıq prosesləri ləyaqətli sülhə nail olmağa yönəldilməlidir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında deyib.

"İndi bir çox proseslər intensivləşib və biz bütün fəaliyyətlərin xüsusi olaraq ləyaqətli sülhə və təminatlı təhlükəsizliyə nail olunmasına yönəldiyini təmin etməyə çalışırıq. Müharibə bitməlidir, sülhdən başqa alternativ yoxdur", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Rusiya başa düşməlidir ki, müharibəyə görə heç bir mükafat almayacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 850          Tarix: Bu gün, 22:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma