Kreml Polşanın Rusiyanın Qdanskdakı son fəaliyyət göstərən baş konsulluğunu bağlamaq qərarını sərt şəkildə şərh edib.
Musavat.com xəbər verir ki, Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ilə Varşava arasındakı münasibətlər “tamamilə deqradasiya edib” və vəziyyət “mümkün olan ən aşağı nöqtədədir”.
Peskov Polşanın dəmir yolu infrastrukturundakı diversiya ilə bağlı Rusiyaya yönəldilən ittihamları “tamamilə əsassız və qərəzli” adlandırıb. Onun sözlərinə görə, Varşavanın açıqlamaları siyasi motivlidir və faktlarla dəstəklənmir.
Kremlin sözçüsü həmçinin aşağıdakı məqamlara toxunub:
Rusiya və ABŞ arasında Alyaskada aparılan Ukrayna ilə bağlı sülh müzakirələrindən sonra yeni irəliləyiş yoxdur;
Rusiya Silahlı Qüvvələri Ukraynada yalnız hərbi xarakterli hədəflərə zərbə endirir;
Rusiya ordusu Ukrayna tərəfindən Qərb silahları ilə Rusiya ərazisinə hücum cəhdlərinin qarşısını alır.
Moskva Polşanın qərarını qeyri-dost addım kimi qiymətləndirib və münasibətlərin yaxın müddətdə normallaşmasının real görünmədiyini vurğulayır.
Paylaş:




























