İsrail Baş naziri Benyamin Netanyahunun Quneytra qubernatorluğundakı bufer zonasına səfəri Suriyanın suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır.
Musavat.com xəbər verir ki, bu, Suriya Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb: "Suriya İsrail Baş nazirinin qanunsuz səfərini ən sərt şəkildə pisləyir. Dəməşq bu addımı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olan bir faktı qəbul etdirmək üçün daha bir cəhd kimi qiymətləndirir."
Nazirlik Təl-Əvivin siyasətinin təcavüz və işğalı davam etdirməyə yönəldiyini vurğulayır: "Bu baxımdan, Suriya İsrail qüvvələrinin öz ərazisindən çıxarılmasını tələb edir və işğalçı hakimiyyət orqanları tərəfindən bufer zonasında görülən bütün tədbirləri beynəlxalq hüquqa əsasən etibarsız hesab etdiyini bir daha təsdiqləyir. Biz BMT Təhlükəsizlik Şurasını yəhudi dövlətini Qolan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması ilə bağlı 1974-cü il müqaviləsinə riayət etməyə məcbur etməyə çağırırıq."
Qeyd edək ki, bu gün İsrail Baş naziri Binyamin Netanyahu cənubi Suriyadakı bufer zonasına səfər edib. Onu müdafiə və xarici işlər nazirləri İsrael Katz və Gideon Saar, eləcə də İsrail Müdafiə Qüvvələrinin (İQQ) Baş Qərargah rəisi Eyal Zamir və Baş Təhlükəsizlik Xidmətinin (BTX) direktoru David Zini müşayiət edib.
Paylaş:




























