Xəbər lenti

Erməni ekspertlər noyabrın 21-də Bakıya səfər edəcəklər.

Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan hökuməti noyabrın 20-də keçirilən iclasında noyabrın 21-22-də Bakıda keçiriləcək dəyirmi masada beş ekspertin iştirakını təmin etmək üçün İrəvan-Bakı və Bakı-İrəvan çarter reyslərinin təşkilinə 17 milyon 550 min dram ayrılması barədə qərar qəbul edib.

Qərarın əsaslandırmasında deyilir ki, dəyirmi masada iştirak Ermənistanla Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasları asanlaşdırmaq və iki dövlətin cəmiyyətləri arasında etimadın gücləndirilməsi üçün mexanizmlər yaradacaq.




Ana səhifəyə qayıt        Baxış: 31          Tarix: Bu gün, 18:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma