Xəbər lenti

Türkiyədə 90 yaşlı qadını döyərək qarət edən azərbaycanlı saxlanılıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Muğlanın Marmaris bölgəsində baş verib. Əlil arabasında olan Sabahat Çələbi sahildə gəzməyə çıxıb. Bir qədər hərəkət etdikdən sonra yorularaq dincəlmək istəyib.

Bu müddət ərzində 34 yaşlı azərbaycanlı S.S velosipedlə onun arxasınca gedərək təqib edib. Qadının dincəlmək üçün durduğunu gördükdə ona yaxınlaşıb və kömək etmək istədiyini bildirib. Qadın ondan 10 lirə qarşılığında evinə qədər olan 100 metr məsafəni aparmasını xahiş edib.

Lakin qoca qadını evinə aparan S.S onun “evə girmə” israrına baxmayaraq içəri daxil olub və divanda əyləşib. Sonra qadını itələyərək arabadan yıxıb və sürüyərək hamama gəətirib. Ağzını dəsmalla bağlayıb və səs-küy salacağı təqdirdə öldürəcəyilə hədələyib.

Qadın çantasındakı 4 bilərzik, 165 lirə pul, qızıl üzük və gümüş sırğaları ona verib. Onu yumruq və təpiklə döyərək huşsuz hala salan qarətçi velosipedə minərək aradan çııb.

Bir qədər sonra özünə gələn S. Çələbi polisə zəng edib.

Marmaris Polis bölməsinə edilən şikayətdən sonra bu qarətin araşdırılması üçün 10 nəfərlik xüsusi qrup yaradılıb. Polislərin bir qismi qadının həmin gün keçdiyi küçələri gəzərək təxminən 150 kameradakı videogörüntüləri araşdırıblar. Digər polislər isə qadının keçdiyi yoldakı şahidləri tapmaq üçün 80 nəfərlə söhbət ediblər. Araşdırmalar nəticəsində qarətçinin kimliyi müəyyən olunub.

Polis S.S-nin velosipedi kirayə götürdüyünü güman edərək kirayə velosiped təklif edən şirkətlərdə də araşdırma aparıb. Məlum olub ki, oğurluq edən şəxs onlardan velosipedi 5 gün əvvəl kirayə götürsə də qaytarmayıb.

Avtobus biletləri də araşdırıldıqdan sonra S.S-nin avtobusla Antalyanın Demre mahalına getdiyi aydınlaşıb. Polis qarətçinin qaldığı oteldə əməliyyat keçirərək onu tuta bilib.

Şübhəli təqsirinin etiraf edib. O, Türkiyəyə iş tapmaq məqsədilə gəldiyini bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 997          Tarix: 7-06-2017, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma