
Xəbər lenti
Dünən, 21:18
Dünən, 20:52
Dünən, 20:30
Dünən, 19:26
Dünən, 18:30
Dünən, 18:00
Dünən, 16:30
Dünən, 14:30
Dünən, 13:04
Dünən, 12:26
Dünən, 12:09
Dünən, 11:30
Dünən, 10:45
3-10-2025, 23:22
3-10-2025, 23:00
3-10-2025, 22:00
3-10-2025, 20:20
3-10-2025, 19:42
3-10-2025, 18:30
3-10-2025, 16:30
Qırğızıstan prezidenti Almazbek Atambayev Qazaxıstanın paytaxtı Astanada təşkil edilən “Gələcəyin enerjisi” sərgisinə xərclənən pullardan heyrətə gəlib.
Atambayev sərginin təşkilinə 3 milyard dollar xərcləndiyini bildirib və Qırğızıstanın bu cür böyük pullara malik olmadığını deyib.
“Əgər biz həmin 3 milyard dolları Astanada olduğu kimi sərginin təşkilinə xərcləsəydik o zaman məni diri-diri yandırardılar”-Atambayev Bişkekdə KİV nümayəndələri ilə söhbətində bildirib. Prezident deyib ki, ölkəsinin nefti, qazı yoxdur, ancaq insan potensialı var.
“Bizdə yol tikintisinə 1 milyard dollar kredit götürürsən, o saat hər tərəfdən hay-küy qaldırılır. Keçən il İkinci köçəri oyunları keçirdik və buna qrant hesabına 30 milyon dollar xərclədik, nə qədər hay-küy oldu! Biz daim maliyyə baxımından məhdud imkanlara malik ölkə olmalı deyilik. Çalışmalıyıq ki, ölkəmiz zəngin olsun. Neftin, qazın yoxluğunu insan potensialı ilə kompensasiya etməliyik”-Atambayev deyib.(virtualaz.org)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar