
Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən hələlik ən zərərli ayrılan ölkə Türkiyə olub.
Ovqat.com-un bildirdiyinə görə, Türkiyə bu səfərdə ən azı 2 milyard dollar itirib.
Bildirilir ki, ABŞ-la, nə az nə çox, 380 milyard dollarlıq hərbi müqavilə bağlayan rəsmi Riyad Türkiyədən almaq istədiyi iki gəmidən vaz keçib. Gəmilərin istehsalı isə Türkiyənin Tuzla tərsanəsinə 2 milyard dollar qazandıracaqmış.
Görünür, Tramp əfəndi “öz sağmal” inəyini elə sağıb ki, yazığın döşündə başqaları üçün bir damla da süd qalmayıb.
Qeyd edək ki, 2004-cü ilə qədər iki dövlət arasında 1 milyard dolları aşmayan ticarət dövriyyəsi son illər 5-6 milyarda yüksəlmişdi. Ticarət dövriyyəsinin bu artımında hərbi alış-verişin də xüsusi payı vardı. Gəmi almaqdan imtina edən Səudiyyə krallığının həmin qərarından sonra bu rəqəmlərin də xeyli kiçiləcəyi gözlənilir.
Paylaş: