Xəbər lenti

Amerikanın paytaxt polisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri zamanı türk liderin toqquşmalarda iştirak edən mühafizə sisteminin 12 əməkdaşı barəsində ittiham irəli sürmək niyyətindədir

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən AP agentliyi məlumat yayıb.

Bildirilir ki, müvafiq bəyanat şəhərin meri və polis şefinin iştirakı ilə keçirilən mətbuat konfransında veriləcək. Asayiş keşikçiləri, xüsusilə Ərdoğanın mühafizə sisteminin yeddi əməkdaşına qarşı cinayət əməli, beşinə qarşı isə ağır qanun pozuntusu üzrə ittiham irəli sürəcəklər. Lakin mühafizə xidmətinin əməkdaşları prezident ilə birgə Türkiyəyə qayıdıblar. Onlar bir daha ABŞ-a gedəcəkləri təqdirdə həbs oluna bilərlər.

May ayında baş verən iğtişaş zamanı asayiş keşikçiləri Ərdoğanın iki mühafizəçisini saxlayıblar, lakin onlar sonradan buraxılıb.

   




Ana səhifəyə qayıt        Baxış: 1 077          Tarix: 15-06-2017, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma