Xəbər lenti

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (Office of Foreign Assets Control - OFAC) Rusiyanın "Rosneft" və "Lukoil" neft şirkətlərinə qarşı ABŞ sanksiyalarının effektivliyini təhlil edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyinin materialında bildirilib.

OFAC hesab edir ki, 22 oktyabrda tətbiq edilən sanksiyalar Rusiya neftinin qiymətini aşağı salmaqla, ölkənin gəlirlərinə təsir edib. Bu da öz növbəsində Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirmək qabiliyyətini də azaldır.

Qeyd olunur ki, Rusiya xam neftinin bir neçə əsas növü uzun müddətdir minimal qiymətə satılır, Hindistan və Çinin onlarla nəhəng şirkəti isə dekabr ayında Rusiya neftinin alışını dayandırmaq niyyətində olduğunu açıqlayıb.

"Reuters" qeyd edir ki, Novorossiysk limanında yüklənmək üçün nəzərdə tutulan "Urals" neftinin 1 bareli 12 noyabrda 45.35 dollara satılıb ki, bu da 2023-cü ilin mart ayından bəri ən aşağı səviyyə olub. Noyabrın 17-nə qiymət bir barel üçün 47.01 dollara yüksəlib.

Müqayisə üçün, sənaye etalonu olan "Brent" markalı neftin qiyməti noyabrın 12-də 62.71 dollar, 17-də isə 64.03 dollar olub.




Ana səhifəyə qayıt        Baxış: 2 726          Tarix: Dünən, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma