Xəbər lenti

Kanada Ukrayna Prezidenti Volodimir Zelenskinin "Zelenskyy" ticarət markasını qeydiyyata almaqdan imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "RIA Novosti" sənədlərə istinadən yayıb.

Müraciətdə bildirilirdi ki, "Zelenskyy" markası astrologiya, psixologiya, qumar oyunları, dəfn mərasimlərinin keçirilməsi, kimononu necə geyinməklə bağlı xidmətlər göstərməli idi.

Agentliyin məlumatında deyilir ki, sənədlərdə soyad, ad və ata adı Zelenskinin şəxsi məlumatları ilə üst-üstə düşür. Üstəlik, ünvan bölməsində onun ofisinin yerləşdiyi yer göstərilib.

Zelenski göstərilmiş müddətdə lazımi düzəlişləri etmədiyi üçün müraciətə imtina cavabı alıb.




Ana səhifəyə qayıt        Baxış: 2 968          Tarix: Dünən, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma