Xəbər lenti

Qabil Hüseynli: "Türkiyə bizim üçün ölkəmiz qədər əzizdir" 

Türkiyə hökuməti BMT-nin Beynəlxalq Məhkəməsinin hakimi, diplomatik toxunulmazlığı olan Aydın Sedaf Akayı həbs edib.

Maraqlıdır, beynəlxalq təşkilatlarda təmsil olunan, diplomatik toxunulmazlığa sahib şəxslərin həbsi Türkiyənin nüfuzuna mənfi mənada təsir göstərə bilərmi?

Moderator.az-a açıqlama verən politoloq Qabil Hüseynli Türkiyədə son vaxtlar baş verənlərin təəssüf hissi ilə qarşılandığını vurğuladı:

"Bu, qalmaqallı bir vəziyyətdir. Bir müddət öncə CHP-dən millət vəkili olan Enis Bərbəroğlu da həbs edildi. Türkiyədə həbslər dalğası heç cürə səngimir. Söhbət on minlərlə şəxsin həbsindən və işdən çıxarılmasından gedir. Türkiyə həm də Avropa Şurası, ATƏT, BMT ilə ciddi problemləri yaranmağa başlayıb.

Düşünürəm ki, diplomatik toxunulmazlığı olan şəxsin, habelə millət vəkilinin həbsi Ankara üçün ciddi başağrısına çevriləcək. Qardaş ölkə üçün təəsüf hissi keçirir, orada baş verən proseslərdən ürəyimiz ağrıyır. Çünki Türkiyə bizim üçün öz ölkəmiz qədər əzizdir".




Ana səhifəyə qayıt        Baxış: 903          Tarix: 15-06-2017, 17:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma