Xəbər lenti

İranın Tacikistandakı səfirliyi ölkənin Xocənd şəhərindəki iki nümayəndəliyini bağlayıb.

“Report” “CA-NEWS”ya istinadən xəbər verir ki, şəhərin mərkəzindəki ikimərtəbəli binanın qarşısından asılan İran İslam Respublikası səfirliyinin Ticarət nümayəndəliyi və İran İslam Respublikası səfirliyinin Mədəniyyət və Ticarət nümayəndəliyi lövhəsi yığışdırılıb.

İranın mədəniyyət mərkəzlərindən birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, nümayəndəliklər Tacikistan hökumətinin tələbi ilə bağlanıb.

Məlumata görə, iki həftə əvvəl səfirliyə ticarət və mədəniyyət nümayəndəliklərinin bağlanması barədə bildiriş daxil olub. Bundan sonra İran səfirliyi Tacikistandakı nümayəndəliklərinin əməkdaşlarını məzuniyyətə yollayıb.

Səfirlik isə nümayəndəliklərinin bağlanması məsələsinə aydınlıq gətirməkdən imtina edib.

Qeyd edək ki, İran mədəniyyət mərkəzi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir. Bu qurum səfirliyin mədəniyyət nümayəndəliyi adlansa da, əslində İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin təmsilçisidir. Nümyəndəlik birbaşa ona tabedir. Mədəniyyət nümayəndəliyi daha çox mədəni tədbirlər adı altında İran İslam Respublikasının siyasi-ideoloji xəttini yayır. 

 




Ana səhifəyə qayıt        Baxış: 534          Tarix: 30-06-2017, 11:37      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent