Xəbər lenti

  Egey dənizində güclü zəlzələnin baş verməsi nəticəsində Yunanıstanda azı 100 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

 Bundan əvvəl, iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib.  

 Xəsarət alanların əksəriyyəti Kos adasındadır. Onlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Yeraltı təkanlar nəticəsində bir neçə köhnə bina uçub. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ordu qüvvələri cəlb edilib.  

 Ada və qitə arasında bərə əlaqəsi dayandırılıb.  

 Qeyd edək ki,  Egey dənizində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.      

 Zəlzələ yerin səthindən 10 km dərinlikdə baş verib.

 Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib. 




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 21-07-2017, 08:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma