Xəbər lenti

 

Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, mərasimdə komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları iyulun 29-da yarışların ilk günündə çıxış edəcəklər. Rəqib Çin tankçılarıdır.

Ümumilikdə “Tank biatlonu” müsabiqəsində 19 ölkədən (Azərbaycan, Anqola, Belarus, Venesuela, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Zimbabve, İran, Çin, Hindistan, Küveyt, Laos, Monqolustan, Nikaraqua, Rusiya, Serbiya, Tacikistan və Uqanda) komanda iştirak edəcək.

Müsabiqənin final estafeti avqustun 12-də yarışların son günü keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 26-07-2017, 01:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma