Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 1436 qəlpə, tank əleyhinə “TM-57” minası aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 39 min 129 kvadratmetr ərazi yoxlanılıb.
Ovqat.com AZƏRTAC-a istinadən xəbər verir ki, 73 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. Otuz altı partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 2 milyon 547 min 889 kvadratmetr ərazi yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Agentlik tərəfindən yanvarın 1-dən mayın 1-dək 5143 partlamamış hərbi sursat, tank əleyhinə 110 mina və piyada əleyhinə 12 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 2 milyon 609 min 593 kvadratmetr ərazi yoxlanılıb.
Paylaş: