Xəbər lenti

Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ev dustağı olaraq qalacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, Moskva şəhər Zamoskvoretski rayon məhkəməsi onun ev dustaqlığının müddətini gələn il yanvarın 27-dək uzadıb.

Eyni zamanda məhkəmə sabiq məmur barəsində cinayət işini dayandırmaqdan imtina edib.

Qeyd edək ki, müdafiə tərəfi daha əvvəl A.Ulyukayevin təqsirinin sübuta yetirilməsi üçün kifayət qədər dəlil olmadığını əsas gətirərək işin dayandırılmasını istəyib. 

Məhkəmədən verilən məlumata görə, avqusutn 16-da iş mahiyyəti üzrə açıq rejimdə davam etdiriləcək.

Sabiq nazir 2 milyon ABŞ dolları rüşvət almaqda ittiham edilir.  




Ana səhifəyə qayıt        Baxış: 827          Tarix: 8-08-2017, 17:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma