Xəbər lenti

İraq ordusu terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Telafer bölgəsini bombalamağa başlayıb.

“Report” xəbər verir ki, məlumatı xarici KİV-lər yayıb.

Qeyd edək ki, Telafer İraqın Mosul əyalətinin rayonlarından biridir və Mosul şəhərindən 60 km. qərbdə yerləşir. Rayon əhalisinin əsas hissəsini yerli türkmənlər təşkil edir. Onlar Azərbaycan türkləri sayılırlar. Səddam Hüseynin hakimiyyəti illərində Telaferdə də milli assimilyasiya siyasəti yürüdülüb, türkmənlər öz yurdlarından köçməyə məcbur qalıblar.

Rayon 100-dən çox türkmən kəndləri ilə əhatə olunub. Son illər terrorçu “Əl-Qaidə”nin Telaferdə olması adı altında İraqın şimalındakı kürd muxtariyyətinin silahlı dəstələri (“peşmərgə”) və ABŞ hərbçiləri 8 dəfə rayona birgə hücum edib. Bundan başqa kürd terrorçuları və “peşmərgə” türkmənlərə yaşadıqları ərzaini tərk etmələri ilə bağlı müxtəlif təzyiqlər edib. Bu hücum və təzyiqlər nəticəsində bölgə əhalisinin sayı azalaraq, 170 min nəfərə enib. Bağdadın yürütdüyü siyasətə qarşı çıxdıqılar üçün Telaferdən olan 7 min türkmən hələ də İraqın müxtəlif həbsxanalarında saxlanılırlar. 

 




Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 15-08-2017, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma