Xəbər lenti

 

Azərbaycanın kişi boksçulardan ibarət millisi dünya çempionatına hazırlığı davam etdirir. Komandamız təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Ovqat.com Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, yığma məşqlərini Boks Mərkəzində keçir. Məşqçilər korpusu bu mərhələdə xüsusi fiziki hazırlığa diqqət yetirəcəklər. Toplanışa 9 boksçu cəlb olunub. Onlardan 5-i mundialda iştirak edəcək idmançılardır. Bu mərhələ avqustun 8-də başa çatacaq.

Qeyd edək ki, dünya çempionatı avqustun 25-dən sentyabrın 3-dək Almaniyanın Hamburq şəhərində keçiriləcək. Yarışda ölkəmizin idman şərəfini Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaqlar.




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 28-07-2017, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma